Əsas səhifəMaraqlı“Bugatti” qırıcı təyyarə ilə yarışa çıxdı - FOTO - VİDEO
PAYLAŞ

“Bugatti” qırıcı təyyarə ilə yarışa çıxdı - FOTO - VİDEO

Maraqlı 21 May 2021 15:22 1125


“Bugatti” şirkəti “Chiron Sport” modeli ilə “Dassault Rafale” qırıcı təyyarəsinin yarışını əks etdirən foto və videogörüntüləri paylaşıb.

Şirkətin rəsmi saytı və “YouTube” kanalından yayılan məlumatda avtomobilin 1500 at gücü olan 16 silindirli 8 litrlik mühərriklə təchiz edildiyi vurğulanıb.

Sürət yarışında “Chiron Sport” modelinin “Səmanın əfsanəsi” adlı aviasiya versiyası iştirak edib. 2.4 saniyəyə 100 km/saat sürət yığan avtomobilin maksimal sürət göstəricisinin 420 km/saat olduğu bildirilib.

Təyyarəyə gəlincə isə qırıcıda 58 550 nyuton (5727 at gücü) qüvvəyə malik mühərrik quraşdırılıb. Buna baxmayaraq, yerdə avtomobil ondan daha üstün olub. Lakin havaya qalxan kimi qırıcı “Bugatti”ni geridə qoyub.

Qeyd edək ki, yarış Fransa hərbi hava bazasının 1.5 km-lik uçuş zolağında təşkil olunub.


 

 






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020